• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Davudoğlu ilə Muallim arasında yarım saatlıq söz dueli

  • Dünya
  • 22 Yanvar 2014 19:22
  • 1 723 Baxış
Davudoğlu ilə  Muallim arasında yarım saatlıq  söz dueli

Suriya böhranı ilə bağlı İsveçrədə təşkil olunan "Cenevrə-2" konfransında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə suriyalı həmkarı arasında söz dueli olub.

Suriya xarici işlər naziri Valid Muallim AKP hökumətini terroristləri silahlandırmaqda ittiham edib. Buna cavab verən Davudoğlu "Əli qanlı Suriya rejimi iqtidarda qalmaq haqqını çoxdan itirib" deyə bildirib.

Suriya xarici işlər naziri Müəllim təxminən yarım saat davam edən çıxışında ölkəsindəki vətəndaş müharibəsinin xarici ölkələr tərəfindən qızışdırıldığını deyib:

"Əgər qonşularımız ehtiyacımız olduğunda yanımızda olsaydı, sizə izah etdiklərim, Suriyada olanlar əslində heç yaşanmazdı. Amma Suriyanın qonşuları ya bizi kürəyimizdən bıçaqladılar, ya da zəif və səssiz qaldılar. Suriyanı yox etmək üçün uzun illərdir edilən planları tətbiq etmək üçün əmri yerinə yetirdilər.

Ərdoğan hökuməti olmasa bunların heç biri yaşanmazdı. Bu hökumət öz torpaqlarında terroristləri saxlayır. Onlardan Suriyaya qarşı istifadə etmək üçün silah verir. Amma bəslədikləri bu terroristlərin bu gün özlərini hədəf aldığını görürlər", - deyə Muallim əlavə edib.

Oral Mədənçi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR