Suriya BMT-ni beynəlxalq koalisiyanı buraxmağa çağırdı
Bizi izləyin

Dünya

Suriya BMT-ni beynəlxalq koalisiyanı buraxmağa çağırdı

Suriya BMT Təhlükəsizlik Şurasını və BMT-nin baş katibini ölkə ərazisində fəaliyyət göstərən ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanı buraxmağa çağırdı.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfərinin məktubunda deyilir.

Suriyalı diplomat qeyd edib ki, ABŞ-ın başçılıq etdiyi koalisiya öz hərəkətləri ilə Suriya xalqına qarşı kampaniya aparan terror qruplarına kömək edir. Onun sözlərinə görə, koalisiyanın üzvləri özlərinin rəsmi bəyanatlarında terrorizmlə mübarizə bəhanəsi ilə edilən hərəkətlər nəticəsində minlər uşaq və qadının öldürüldüyünü etiraf ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm