Barselonada terror törədən şəxsin öldürüldüyü bildirilir - DƏHŞƏTLİ VİDEO - YENİLƏNDİ-5
Bizi izləyin

Dünya

Barselonada terror törədən şəxsin öldürüldüyü bildirilir - DƏHŞƏTLİ VİDEO - YENİLƏNDİ-5

Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 80 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" İspaniya mətbuatına istinadən məlumat yayıb.

Eyni zamanda İspaniya polisi Barselonanın mərkəzində terror aktı törətməkdə şübhəli bilinən şəxslərdən birini saxlayıb.

Bu barədə "El Periodico" nəşri mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatında qeyd olunur ki, saxlanılan şəxsin adı Driss Oukabirdir. O, avtomobili icarəyə götürərək Rambla küçəsində piyadaları vurub.

Mətbuat onun "facebook" səhifəsinə əsasən Driss Oukabirin əslən Fransanın Marsel şəhərindən olduğunu açıqlayıb. O, Fiqeras şəhərindəki həbsxanada cəza çəkib və 2012-ci ildə azadlığa çıxıb.

"La Vanguardia" isə terror aktı törədənlərdən birinin Barselonanın mərkəzində baş vermiş atışmada öldürüldüyünü xəbər verib. "Hücumda şübhəli bilinənlərdən biri San-Just-Desverndəki atışmada öldürülüb", - deyə nəşrin məlumatında bildirilir.

***

Publika.az Barselona şəhərində törədilmiş dəhşətli terror aktı ilə bağlı yeni videonu təqdim edir:

***

Publika.az xarici KİV-ə istinadən bildirir ki, İspaniyanın Barselona şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

***

Publika.az "Hürriyet"ə istinadən xəbər verir ki, Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb və azı 20 nəfər yaralanıb.

Sürücünün hadisə yerindən qaçdığı, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışların bağlandığı qeyd olunub.

***

İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.

Publika.az xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Ən az 20 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.

Sürücü hadisə yerindən qaçıb.

Polis hadisəni terror aktı kimi dəyərləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm