Ukraynadan Rusiyaya TERROR İTTİHAMI: strateji obyektlərin məhvi... – Plan MƏXFİLİKDƏN ÇIXARILDI
Bizi izləyin

Dünya

Ukraynadan Rusiyaya TERROR İTTİHAMI: strateji obyektlərin məhvi... – Plan MƏXFİLİKDƏN ÇIXARILDI

Rusiyanın Federal Təhlükəsizlik Xidməti terror aktlarının törədilməsi, ictimai xadimlər və siyasətçilərin qətlləri üçün Ukraynaya üç diversiya qrupunu göndərib.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda brifinqdə Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Vasiliy Qrisak bildirib.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna ərazisində terror aktlarının həyata keçirilməsi üçün diversiya qruplarını göndərməkdə davam edir. Strateji obyektlər və infrastrukturun məhvi, həmçinin ictimai-siyasi xadimlərin qətli əsas hədəfdir”, - Qrisak qeyd edib.

Onun sözlərinə görə, söhbət iqtidarda və müxalifətdə olmasından asılı olmayaraq, qətli gözlənilən ictimai rezonans doğuracaq şəxslərin qətlindən gedir.

Təhlükəsizlik Xidmətinin başçısı bildirib ki, xüsusi xidmət orqanı bir neçə terror aktının qarşısını alıb.

“Xüsusi halda, Xarkovda iyulun 17-də biz belə bir qrupun rəhbəri və əsas icraçısını saxladıq. Onu Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Baş idarəsi hazırlayıb. Onlar tapşırığı Ukraynanın bir neçə ictimai və dövlət xadiminin qətli idi”, - Qrisak dəqiqləşdirib.

Eyni zamanda o əlavə edib ki, Ukrayna kəşfiyyatı Rusiya xüsusi xidmət orqanlarının Ukrayna ərazisində kəşfiyyat fəaliyyətinin sonrakı eskalasiyası barədə operativ informasiyaya malikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm