Barselonadakı terroru törədənin KİMLİYİ BİLİNDİ - FOTO
Bizi izləyin

Dünya

Barselonadakı terroru törədənin KİMLİYİ BİLİNDİ - FOTO

Polis Barselonada, Las Ramblas turizm bölgəsində avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirib.

Publika.az bildirir ki, bu barədə "El Pais" nəşri Mülki Qvardiyadakı mənbəyə istinadən xəbər verib.

Məlumata görə, bu, Driss Oukabirdir. O, avtomobili Barselona vilayətinin Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb.

Qeyd edək ki, o, Barselona şəhərində mikroavtobusu kütlənin üzərinə sürüb. Hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Sürücü hadisə yerindən qaçıb, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışlar bağlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm