Avropa terror meydanına çevriləcək: Üç min döyüşçü QAYIDIR
Bizi izləyin

Dünya

Avropa terror meydanına çevriləcək: Üç min döyüşçü QAYIDIR

İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror təşkilatlarının üç minə qədər döyüşçüsü tezliklə Avropaya qayıda bilər.

Publika.az xəbər verir ki, bu haqda İsveçrənin ATS agentliyi Avropa Komissiyası tərəfindən yaradılan RAN (Radicalization Awareness Network) təşkilatının məruzəsində istinadən yazıb.

“Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti döyüşçülərin getdikcə sürətlənən qayıdışını gözləyirlər”, - agentlik məruzədən sitat gətirib.

Sənəddə göstərilir ki, müxtəlif məlumatlara görə 1200-dən 3000-ə qədər “müxtəlif mənşəli” avropalı Avropaya qayıdacaq. RAN qeyd edir ki, terror qruplaşmaları üzərində qələbə qazanılarsa, Avropa ölkələrinə qayıdan döyüşçülərin miqdarı əhəmiyyətli dərəcədə artacaq.

Məlumata görə, 2011-2016-cı illər ərzində dünyanın 120 ölkəsindən 42 mindən çox döyüşçü İŞİD-ə qoşulub. Bunun 5 mindən çoxu Avropanın, əsasən Belçika, Fransa, Almaniya, Böyük Britaniya, Avstriya, Danimarka, Finlandiya, İtaliya, Niderland, İspaniya və İsveçin payına düşür. Onların təxminən 20 faizi döyüşlərdə həlak olub, 30-35 faizi evə qayıdb, 50 faizi isə Suriya və İraqda qalır.

Məruzənin müəlliflərinin fikrincə, böyük miqdarda döyüşçünün qayıtması son vaxtlar silsilə terror aktlarının baş verdiyi Avropa ölkələri üçün ciddi təhlükə yaradacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm