Daha bir Avropa ölkəsində TERROR: Yaralılar var
Bizi izləyin

Dünya

Daha bir Avropa ölkəsində TERROR: Yaralılar var

Finlandiyanın Turku şəhərində biçaqla silahlanan naməlum şəxslər yoldan keçənlərə hücum edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bir neçə insan yaralanıb.

“Hadisə Turkunun mərkəzində baş verib. Polis hücum edənlərə atəş açıb. Bir nəfər saxlanılıb”, - yerli polisin Tvitter səhifəsində yerləşdirilən bəyanatında deyilir.

“Yle” teleradio şirkətinin məlumatına görə, polis yerli sakinləri hadisənin baş verdiyi ərazidən uzaq dayanmağa çağırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm