Rusiya vətəndaşlığına qəbul qaydaları sadələşdirilib
Bizi izləyin

Dünya

Rusiya vətəndaşlığına qəbul qaydaları sadələşdirilib

Rusiyanın Azərbaycandakı səfirliyi çoxsaylı müraciətlərlə əlaqədar Rusiya vətəndaşlığının verilməsi proseduruna edilən dəyişikliklərlə bağlı məlumat yayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin saytının yaydığı məlumata görə, müvafiq dəyişikliklər Rusiya ərazisində yaşayan və rus dilini bilən əcnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vətəndaşlığına qəbulu qaydalarının sadələşdirilməsini nəzərdə tutur.

Əsas şərtlərdən biri odur ki, həmin şəxslər öz ölkələrinin vətəndaşlığından imtina etməlidir.

Yeni qanun həmçinin özünün ya yaxın qohumlarının vaxtilə Rusiyada, yaxud da Rusiya imperiyası və SSRİ ərazisində yaşamış və rus dilini bilən şəxslərə aiddir.

Xarici vətəndaşın yaxud da vətəndaşlığı olmayan şəxsin rus dilini hansı səviyyədə bilməsi xüsusi komissiya tərəfindən müsabiqə yolu ilə müəyyən edilir. Bu komissiya Rusiya Federal Miqrasiya Xidməti tərəfindən yaradılır.

Rusiya vətəndaşlığının verilməsi proseduruna edilmiş bu dəyişikliklər yalnız Rusiya ərazisində Federal Miqrasiya Xidmətinin orqanları tərəfindən həyata keçirilir.

Rusiyanın xaricdəki konsulluq nümayəndəlikləri isə Rusiya vətəndaşı olmaq istəyən aşağıdakı şəxslərdən müraciətlər qəbul etməkdə davam edir:

ən azı valideynlərdən biri Rusiya vətəndaşı olmalı və Rusiya ərazisində yaşamalı;

SSRİ vətəndaşlığına malik olmuş, SSRİ tərkibinə daxil olan respublikalarda yaşamış və yaşamaqda davam edən, bu ölkələrin vətəndaşlığını almayan və nəticədə vətəndaşlığı olmayan şəxslərə çevrilmiş insanlar

SSRİ tərkibinə daxil olmuş respublikaların vətəndaşları olan, 2002-ci ilin iyulun 1-dən sonra Rusiyanın təhsil müəssisələrində orta yaxud da ali peşə təhsili almış şəxslər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm