Jirinovski Moskva bazarında corab satdı - VİDEO
Bizi izləyin

Dünya

Jirinovski Moskva bazarında corab satdı - VİDEO

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskva bazarlarından birində partiyanın suvenirlərini satıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, siyasətçi suvenirləri, həmçinin kostyumlar, futbolkalar, corablar, “Jirinovski” ətirləri və dəri çəkmələri satışa çıxarıb.

Partiya liderinin gəliri təxminən 3 min rubl (təxminən 35 dollar) təşkil edib.

“Hər şey yüksək keyfiyyətlidir. 200-300 rubla kostyumlar var. Yaxşı kostyumlardı”, - Jirinovski alıcıları təşviq edib.

O həmçinin bildirib ki, İstanbuldakı şərq bazarı kimi Rusiya paytaxtında da daim fəaliyyət göstərən bazarlar olmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm