Müsəlmanlar Madriddə terrorizmə qarşı ETİRAZ AKSİYASI keçirdi
Bizi izləyin

Dünya

Müsəlmanlar Madriddə terrorizmə qarşı ETİRAZ AKSİYASI keçirdi

Avqustun 20-də yüzlərlə müsəlman İspaniyanın paytaxtı Madridin mərkəzində Barselonada və Kambrilsdə radikal islamçılar tərəfindən törədilmiş terror aktlarına qarşı etiraz aksiyası keçiriblər.

Publika.az RİA Novosti agentliyinə istinadla bildirir ki, nümayiş “Onlar bizi təmsil etmirlər, biz hamımız terrorizmə qarşıyıq” şüarı altında baş tutub.

Nümayişçilər terror qurbanlarının xatirəsini anıblar, “Biz hamımız terrora qarşıyıq və sülh istəyirik!”, “Bizim adımızdan istifadə etməyin!”, “Terrorun nə vaxtdan dini olub?” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzüb, şamlar yandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm