Türkiyə I Dünya müharibəsindən sonra ilk dəfə... - Terror təşkilatı DƏNİZLƏRƏ ÇIXIR
Bizi izləyin

Dünya

Türkiyə I Dünya müharibəsindən sonra ilk dəfə... - Terror təşkilatı DƏNİZLƏRƏ ÇIXIR

ABŞ-ın “Ən-Nüsra” Cəbhəsi bəhanəsilə İdlibə hücum əməliyyatını planlaşdırması Astana üçlüyü olan Türkiyə, Rusiya və İranı hərəkətə gətirib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiridən sonra Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimov İdlib mövzusu ilə əlaqədar Ankaraya gələcək.

Hərbi ekspertlər ABŞ-ın İdlibdə Türkiyəni təhdid etdiyini və Ankaranın operativ addımlar atmalı olduğunu bildirirlər. Bildirilir ki, Türkiyə ABŞ-dan əvvəl İdlibə müdaxilə etməsə, PKK terror təşkilatı Aralıq dənizinə çıxacaq. Digər bir təhlükə ondan ibarətdir ki, ABŞ İdlibə müdaxilə edəcəyi halda oradakı terror qrupları Türkiyə sərhədlərinə gələcək.

Yalova Universitetinin müəllim, Yaxın Şərq və beynəlxalq əlaqələr üzrə mütəxəssis Cengiz Tomar hesab edir ki, Afrin və İdlib Türkiyə üçün taleyüklü mövzulardı.

“Əks təqdirdə Türkiyə mühasirəyə alınacaq. Bu, Birinci Dünya Müharibəsindən sonra Türkiyə üçün ən kritik vəziyyətdir. Türkiyə də Afrin və İdlibdə “Əl-Qaidə” və terrorizm kartından istifadə edə bilər. Eynilə, Əl-Babda olduğu kimi”, - . ekspert bildirib.

Türkiyə KİV-inin yazdığına görə, ABŞ və PKK “Əl-Qaidə”nin Suriya qolu olan “Ən-Nüsra” Cəbhəsi bəhanəsi ilə Suriyanın İdlib vilayətini işğal etməyə hazırlaşır. Ankarada isə Türkiyə-Rusiya-İran birgə əməliyyatı müzakirə edilir.

İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin Ankaraya səfərində də İdlib mövzusu hərtərəfli müzakirə edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm