Türkiyə və İran terror təşkilatına qarşı BİRLƏŞDİ
Bizi izləyin

Dünya

Türkiyə və İran terror təşkilatına qarşı BİRLƏŞDİ

İran və Türkiyə PKK terror təşkilatına qarşı birgə mübarizə apara bilər.

Publika.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, mövzu ötən həftə Türkiyəyə səfər edən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiri ilə danışıqlarda müzakirə edilib. Bu, Türkiyə və İranın münasibətləri tarixində belə yüksək səviyyəli birinci hərbi görüş idi.

“Terror qruplaşmalarına qarşı birgə əməliyyat məsələsi həmişə gündəlikdə dayanıb. Baş qərargah başçıları PKK-ya qarşı əməliyyatın keçirilməsi məsələsini müzakirə etdilər. Bu istiqamətdə səylər davam edəcək, çünki PKK-nın İranda PJAK adlı qolu var. Bu təşkilat həm İrana, həm də bizə zərər vurur”, - Ərdoğan deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm