Pxenyan yeni silahını işə salır – BÖYÜK TƏHLÜKƏ
Bizi izləyin

Dünya

Pxenyan yeni silahını işə salır – BÖYÜK TƏHLÜKƏ

Şimali Koreya Seulu xəbərdarlıq etmədən “Hwanggang” su anbarının suyunu buraxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə Cənubi Koreyanı İnjim çayında suyun hündürlüyü 6 metrə qədər yüksəlib.

Suyun səviyyəsinin 7,5 metrə yüksəlməsi ölümcül dərəcədə təhlükəli ola bilər.

2009-ci ildə Şimali Koreyanın analoji hərəkəti Cənubi Koreyanın 6 sakininin ölməsinə səbəb olmuşdu. Bu hadisədən sonra Pxenyan anbarın suyunun açılacağı halda, Seula xəbərdarlıq ediləcəyi barədə söz vermişdi.

Şimali Koreyanın iyul ayında iki ballistik raket sınağını keçirməsi yarımadada vəziyyəti daha da gərginləşdirib. Görünür, Şimali Koreya sonuncu addımı ilə cənub qonşusuna qarşı daha bir silaha sahib olduğu barədə mesaj verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm