Məşhur futbolçunun qanunsuz miqrant daşıyan mafiya ilə nə əlaqəsi? - FOTO
Bizi izləyin

Dünya

Məşhur futbolçunun qanunsuz miqrant daşıyan mafiya ilə nə əlaqəsi? - FOTO

Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Breitbart” adlı xəbər saytı qaçqınlar ilə bağlı verdiyi məqalədə alman əsilli futbolçu Lukas Podolskinin fotosundan istifadə edib.

Publika.az xəbər verir ki, həmin məqalə İspaniya polisinin qaçqınları qanunsuz formada bir ölkədən digərinə keçirən mafiyaya etdiyi basqınlardan bəhs edir. Sözügedən mafiya 5000 avro qarşılığında dəniz motosikletləri vasitəsilə Mərakeşdən İspaniyaya qaçqın daşıyır.

Qaçqınların hansı yollarla qaçırılmasını şərh edən məqalənin fotosunda isə ulduz futbolçu Podolskinin bir dəniz motosikleti üzərində verdiyi poz əks olunub.

Qeyd edək ki, sözügedən foto 2014-cü ildə Braziliyada lentə alınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm