700 uşağın beynini çıxardıblar – ŞOK
Bizi izləyin

Dünya

700 uşağın beynini çıxardıblar – ŞOK

Norveçdə tibbi ekspertiza həkimlərinin son 30 ildə ölən 700 uşağın ailələrindən icazəsiz beynini çıxartdıqları məlum olub.

Publika.az” xəbər verir ki, Norveçin yüksək tirajlı “VG” qəzetindəki xəbərə görə, tibbi ekspertiza həkimləri incələmək üçün 0-3 yaş arasındakı uşaqların orqanlarını ailələrindən icazəsiz götürüblər. Hadisə ictimailəşəndən sonra tibbi eksptertiza həkimləri “ailələrindən istəsəydik, onlar üçün üzücü və ağır bir hərəkət olardı” deyərək özlərini müdafiə etməyə çalışıblar.

“VG” qəzeti skandal ortaya çıxandan sonra iki ay ərzində bütün tibbi hesabatların araşdırıldığını bildirib. Uşaqların orqanlarını çıxararaq incələyən qrupun lideri, professor Torleiv Ole Rognum qəzetə açıqlamasında “əgər övladı ölən ailələrin ağlamağını eşitsəydiniz bizi yaxşı anlayardınız. Layihəyə başlayanda gündə üç uşaq üzərində araşdırma aparırdıq. Mən vaxtımı və gücümü uşaqların ölüm səbəbini araşdırmaqla keçirmişəm” deyib.

Məsələ ilə əlaqədar istintaqın başladılması istənilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm