Müharibənin qarşısını almaq üçün YEGANƏ VARİANT: Moskvanın təklifi və REALLIQLAR
Bizi izləyin

Dünya

Müharibənin qarşısını almaq üçün YEGANƏ VARİANT: Moskvanın təklifi və REALLIQLAR

Dünən Koreya yarımadasında “Ulchi Freedom Guardian” (UFG) adlı hərbi təlimlər başlayıb.

On gün davam edəcək ABŞ-Cənubi Koreya təlimlərində təxminən 50 min Cənubi Koreya və 17,5 min amerikalı hərbi qulluqçu iştirak edir. Təlimlər mütəmadi olaraq ballistik raket sınağı keçirən Şimali Koreyaya ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir.

Baxmayaraq ki, iki ölkənin birgə təlimləri hər il keçirilir, Koreya Xalq Demokratik Respublikasında (KXDR) hesab edirlər ki, bu dəfə onlardan KXDR-ə müdaxilə hazırlığı üçün istifadə oluna bilər. Pxenyan artıq təlimləri iki ölkənin “düşmənçiliyin təzahürü” adlandırıb.

Öz növbəsində Rusiya duşmən ölkələr arasında birbaşa danışıqları dəstəkləyir və Pxenyanla Vaşinqtonu buna inandırmağa çalışır. Moskvada hesab edirlər ki, belə format Koreya yarımadasında sülh və sabitlik üçün tək imkandır.

Qeyd edək ki, bu ayda KXDR və ABŞ arasında gərgin münasibətlər öz pik nöqtəsinə çatdı. Hər iki tərəf bir-birini nüvə silahının tətbiqi ilə hədələdi. Lakin sonradan Pxenyan vəziyyəti yumşaltdı və Amerika hərbi bazasının yerləşdiyi Quam adasını vurmaq planını təxirə saldığını bəyan etdi.

Bundan sonra ABŞ prezidenti Donald Tramp KXDR liderinin qərarını “çox müdrik və əsaslandırılmış qərar” adlandırdı, bildirdi ki, alternativ qərar “faciəli və qəbuledilməz” olardı.

Moskva Koreyanın nüvə proqramı üzrə danışıqlar üzrə ABŞ, Yaponiya, Çin və Cənubi Koreya ilə KXDR arasında dialoqu təşkil etməyə çalışır. Rusiya xarici siyasət dairələrinə yaxın mənbə Qazeta.ru-ya təsdiq edib ki, Rusiya hər iki tərəfi danışıqlar masası arxasına əyləşdirməyə çalışır. Həmsöhbət vurğulayıb ki, Pxenyan yalnız ABŞ-la danışmaq istəyir.

Həmçinin məlumdur ki, Rusiya 2015-ci ildə iki Koreya dövlət arasında birbaşa dialoqu təşkil etməyə çalışırdı. Bu cəhd uğursuzluqla nəticələndi, çünki heç bir lider Moskvaya - Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü münasibəti ilə keçirilən mərasimə gəlmədi.

Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın özü də prezidentlik müddətinin başlanğıcında Şimali Koreya lideri Kimlə Çen Inla görüş imkanından danışırdı. Ancaq ABŞ lideri sonradan təcavüzkar taktikaya keçdi.

Hər iki ölkədən diplomatların qeyri-formal ünsiyyəti əsasən BMT platformalarında, həmçinin “altılıq” çərçivəsində aparılan danışıqlar zamanı baş tuturdu. Ancaq heç vaxt iki ölkənin liderləri arasında birbaşa danışıqlar keçirilməyib. ABŞ prezidenti Bill Klinton Pxenyana baş çəkməyə hazırlaşırdı, ancaq səfər baş tutmadı. Klinton yalnız postundan gedişindən sonra KXDR-də oldu. O, giriş vizası olmadan Çindən Şimali Koreya ərazisinə keçən iki amerikalı jurnalistin həbsxanadan azad edilməsinə nail oldu. ABŞ-ın keçmiş prezidenti KXDR-in keçmiş və mərhum lideri Kim Çen İrlə yaxşı münasibətlər qurdu. Klinton başlanğıc olaraq onun oğlu ilə qeyri-formal əlaqələrin qurulmasında vasitəçi rolunu oynaya bilərdi.

Amma çətin ki, Donald Trampın administrasiyası ABŞ prezidentinin ötən seçkiləri zamanı xanım Klintonla rəqabətini nəzərə alaraq buna gedəcək.

Daha əvvəl CNN telekanlı bildirib ki, Amerika və Şimali Koreya arasında danışıqlar diplomatik idarələrin başçılarının müavinləri səviyyəsində keçirilirdi. Xəbərə görə, Amerika diplomatları Şimali Koreya Xarici İşlər Nazirliyinin Amerika bölməsinin başçısı Çoem Sun Xi ilə danışıqlar aparıblar.

Lakin ekspertlər hesab edir ki, bu, bugünkü şərtlərdə Vaşinqton-Pxenyan birbaşa danışıqları mümkün deyil. Belə düşünənlərdən biri Rusiya xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadzedir. O, həmçinin şübhə edir ki, Rusiya bugünkü şərtlərdə KXDR və ABŞ-ın danışıqlar stolu arxasına oturmasına kömək edə biləcək.

“Çoxdan Rusiyada Pxenyana təsirin heç bir aləti yoxdur. Bundan başqa, Rusiya və ABŞ-ın indiki münasibətlərinin səviyyəsini nəzərə alaraq, çətin ki, Amerika tərəfi Rusiyanı “dürüst broker” kimi qəbul edəcək”, - o deyib.

Əlavə edən ki, bu həftənin cümə günü Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin başçısı Kan Qon Kvan Moskvaya səfər edəcək. Moskanın danışıqlar barədə öz təkliflərini irəli sürəcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm