"Boko Haram" Nigeryanı qana boyadı: 118 ölü
Bizi izləyin

Dünya

"Boko Haram" Nigeryanı qana boyadı: 118 ölü

Nigeriyada terrorçular bazarı partlatdılar.

Nigeriyada terrorçular bazarı partlatdılar.

Partlayışlar arasında 30 dəqiqə interval olub. İkinci partlayış baş verən vaxt hadisə yerinə xilasedicilər gəldiyi və şahidlər toplaşdığından, itki sayı daha çox olub. Yerli yanğınsöndürmə xidməti, bazarın ərazisində terrorçuların tələ şəklində yerləşdirdiyi başqa partlayışların olduğunu istisna etməyib.

Terror hücumuna görə əsas şübhələr, bir müddət əvvəl məktəbli qızları kütləvi şəkildə qaçırmış "Boko Haram" qruplaşmasına yönəlib. Nigeriya Senatı dünən hərbçilərin 2Boko Haram" esktremistlərinə qarşı əməliyyatlar keçirdiyi 3 ştatda, fövqəladə vəziyyətin uzadılmasına qərar verib. Adı çəkilən qruplaşma 300-ə yaxın yeniyetmə qızları girov götürüb, ekstremist qruplaşmanın rəhbəri internetdə yaydığı videoda onları evləndirmək məqsədilə qara bazarlarda satacaqlarını demişdilər. Bu günkü partlayışda da ölənlərin demək olar ki, çoxu qadınlar olub.

Qaçırılan qızlar haqda Birləşmiş Ştatların məhşur SBS kanalı reportaj hazırlayıb. Kanal özünü "Boko Haram" qruplaşmasının üzvü kimi təqdim edən şəxsdən müsahibə alıb. Müsahibə zamanı əsas diqqət ötən ay qaçırılan 300-ə yaxın qızın taleyinə yönəldilib. Saleh Abubəkir adlı şəxs qaçırılan qızlara "Boko Haram" silahlılarının həbsxanalarda saxlandığı müddətdə heç bir şey olmayacağını deyib. O, qızların qaçırılması ilə bağlı planın 3 ay ərzində ərsəyə gətirildiyini deyib. Saleh Abubəkir "Boko Haram"ın Əl-Qaidəyə bağlı olduğunu bildirib. O, Əl-Qaidədən hər hansı bir yardımın alınması ilə bağlı sualı cavablandırmayıb.

"Boko Haram" qruplaşmasının üzvü, Saleh Abubəkir müsahibə zamanı bildirib ki, “xeyr, mən bu barədə sizə heç bir şey deyə bilmərəm. Amma onlar bizim müsəlman qardaşlarımızdır. Bizim Amerikada da, Almaniyada da qardaşlarımız var.”

Saleh Abubəkir yenə də çoxlu sayda qızın qaçırılması barədə planların oldğunu da bildirib. O, həmçinin qızların ölkə xaricinə çıxarılması sualını cavablandırmayaraq onların İslamı könüllə qəbul etdiklərinə görə qul kimi satılmayacağını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm