Metroda dəhşət: sərxoş gənc 4 nəfəri öldürdü (+13 FOTO, VİDEO)
Bizi izləyin

Dünya

Metroda dəhşət: sərxoş gənc 4 nəfəri öldürdü (+13 FOTO, VİDEO)

Metroda dəhşət: sərxoş gənc 4 nəfəri öldürdü (+13 FOTO, VİDEO)

Tayvan metrosunda 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, ali məktəbin 2-ci kurs tələbəsi olan sərxoş gənc əlindəki bıçaqla ətrafda olan insanlara necə gəldi hücum edib.

Paytaxt Taybeydəki “Banqiao” stansiyasında baş vermiş hədisə nəticəsində 4 nəfər ölüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polis tərəfindən zərərsizləşdirilən cinayətkar həbs olunub.

Ailəsinin verdiyi ifadə isə hər kəsi dəhşətə gətirib. Belə ki, 21 yaşlı tələbənin valideynləri onun mütəmadi olaraq kompüterdə şiddət məzmunlu oyunlar oynadığını deyib. Bundan başqa, cinayətkarın psixoloji müalicə qəbul etdiyi, sağaldığı güman olunaraq bir ay əvvəl müalicəsinin sonlandırıldığı bildirilib.

Qeyd edək ki, mütəxəssislər şiddət və zorakılıq məzmunlu film və kompüter oyunlarının uşaqların, habelə yetişkinlərin ruh və əsəb sisteminə mənfi təsir etməsi barədə valideynlərə mütəmadi xəbərdarlıqlar edirlər.













Oxumağa davam et
Reklam
Reklam

Gündəm