Prezidentdən hücum xəbərdarlığı: “Paytaxta zərbə endirilərsə...”
Bizi izləyin

Dünya

Prezidentdən hücum xəbərdarlığı: “Paytaxta zərbə endirilərsə...”

Cənubi Koreya prezidenti Mun Çje İn ölkənin silahlı qüvvələrinə Koreya Xalq Demokratik Respublikasına (KXDR) hücum strategiyasını hazırlamaq barədə göstəriş verib.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu haqda “Renxap” informasiya agentliyini bildirib.

“Mən silahlı qüvvələrin strukturunda müasir döyüş tələblərinə cavab verən islahatların keçirilməsini istəyirəm. Şimali Koreya təxribat törədəcəyi halda, yaxud da paytaxt Seula zərbə vuracağı halda, biz hücum strategiyasına tez keçə bilməliyik”, - agentlik dövlət başçısının hərbi müəssisələrinin rəhbərləri ilə müşavirədə etdiyi çıxışından sitat gətirib.

Xatırladaq ki, KXDR-in xüsusi təyinatlı dəstəsi ötən həftəsonu Cənubi Koreyanın Pennyondo və Yonpxyondo adalarının tutulması üzrə təlim keçirib. Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (STAK) məlumatına görə, təlimlərin başlanması üçün şəxsən göstəriş verən Şimali Koreya lideri Kim Çen In təlimlərə baş çəkib.

STAK-ın xəbərinə görə, təlimlər Şimali Koreya lideri tərəfindən bəyənilib və zabitlərin yüksək döyüş ruhunu qeyd etdi. Onun sözlərinə görə, ordu düşmənin məhv edilməsi, həmçinin Seulu və Koreya yarımadasının cənub hissəsini ələ keçirmək haqda düşünməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm