Uyğurların yaşadığı vilayətdə partlayış: 31 ölü, azı 90 yaralı
Bizi izləyin

Dünya

Uyğurların yaşadığı vilayətdə partlayış: 31 ölü, azı 90 yaralı

Çinin müsəlmanlar yaşadığı Sintzyan-Uyğur muxtar rayonunun inzibati mərkəzi olan Urumçi şəhərində partlayış baş verib.



ANS PRESS xəbər verir ki, Sinxua agentliyinin Çin telekanallarına istinadən verdiyi məlumata görə, səhər saatlarında naməlum şəxslər bazara bir neçə qumbara atıblar. İnsan itkisinin olduğu bildirilsə də, onların sayı barədə dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə, azı 31 nəfər ölüb, 90-dan çox yaralı var. Partlayış baş verən əraziyə təcili tibbi yardım maşınları və polislər cəlb olunub.



Xatırladaq ki, aprelin 30-da Urumçi şəhərində dəmiryol vağzalında törədilən partlayış nəticəsində 3 nəfər ölmüş, 79 nəfər xəsarət almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm