Eynşteynin qorxduğu çin oldu
Bizi izləyin

Dünya

Eynşteynin qorxduğu çin oldu

"D-Wave” şirkəti ən azı 10 il sonra kəşf olunacaq kvant kompüterini icad etdiyini iddia edib

Publika.az xəbər verir ki, “BBC”nin xəbərinə görə, kvant fizikası əsasında icad edilən kompüterin içi kosmik boşluqdan 150 qat daha soyuqdur. Bunun sayəsində komptüter hədsiz isinmədən qoruna biləcək. Və beləliklə, ənənəvi fizika qanunlarının xaricinə çıxdığını iddia edən Kanadanın “D-Wave” şirkəti kompüterin eyni vaxtda bir neçə qarmaqarışıq hesablama apara biləcəyini bildirib. Məşhur alim Albert Eynşteyn isə bu cür bir cihazın kəşf edilməsi üçün “uzaq gələcəkdə ola bilər. Ancaq qorxulu bir addımdır” deyə fikir bildirmişdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm