Dünya
Türkiyədə dövlət çevrilişinə dəstək verən “muzdlu qatil”dən YENİ PLAN
Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin “muzdlu qatili” hesab olunan Məhəmməd Dahlan Yaxın Şərqi qarışdırmaq üçün yeni planlarını tətbiq edir.
Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Dahlanın nəzarətində işləyən Suriya Milli Müxalif və İnqilabçı Qüvvələr Koalisiyasının keçmiş rəhbəri Əhməd Carba müxtəlif tayfalardan topladığı 3 min ərəb döyüşçünü ABŞ-PYD ittifaqına verib.
Carbanın Hasekedə qərargah qurduğu və İdlibə hücuma hazırlaşdığı bildirilir.
Daha əvvəl yayılan xəbərə görə, Məhəmməd Dahlan Misirdə 8 min terrorçunun yerləşdiyi düşərgə yaradıb. Bir il yarım əvvəl Sina yarımadasında qurulan düşərgə BƏƏ tərəfindən dəstəklənir.
Düşərgədəki terrorçuların Türkiyə, Sudan, Liviya və Qətər başda olmaqla Yaxın Şərqdə sensasiyalı terror aktları törətmək üçün hazırlanır.
Dahlan həmçinin 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd edən “Fəthullahçı Terror Təşkilatına” (FETÖ) dəstək verməkdə ittiham olunur. Qətər Universitetinin əməkdaşı, Yaxın Şərq üzrə mütəxəssis Məhəmməd Muxtar Şankitinin sözlərinə görə, BƏƏ-də Məhəmməd Dahlanın liderlik etdiyi qrup FETÖ-yə 3 milyard dollarlıq dəstək verib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI