Polislər velosipedlə xidmət aparacaq
Bizi izləyin

Dünya

Polislər velosipedlə xidmət aparacaq

Polislər dəbilqə və xüsusi avadanlıqlarla təchiz olunublar.

Yaxın vaxtlarda Moldovanın paytaxtı Kişinyovda polis əməkdaşları velosipedlə patrul xidmətinə başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Moldova Baş Polis Müfəttişliyinin rəisi Aleksandru Pınzar məlumat verib.

O, əlavə edib ki, 22 polis əməkdaşı lazım olan imtahandan müvəffəqiyyətlə keçib. A.Pınzar yeni missiyalarında ictimai təhlükəsizliyi qoruyacaq asayiş keşikçilərinə uğurlar arzulayıb.

Velosipeddə patrul xidməti aparacaq polislər dəbilqə və xüsusi avadanlıqlarla təchiz olunublar. Sözügedən layihə ABŞ-ın Moldovadakı səfirliyinin dəstəyilə həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm