Myanma ordusu 400 müsəlmanı qırdı
Bizi izləyin

Dünya

Myanma ordusu 400 müsəlmanı qırdı

Myanma ordusu bir həftə əvvəl hökumət qüvvələri ilə rohincə müsəlmanları arasında başlayan qarşıdurmalar zamanı təqribən 400 insanın öldüyünü bildirib.

Publika.az report-a istinadən xəbər verir ki, tərəflər arasında silahlı toqquşma indiyədək davam edir.

Bundan əvvəl 100 nəfərin öldüyü bildirilirdi.

Myanma ordusunun bəyanatında deyilir ki, avqustun 25-dən indiyədək 90 silahlı toqquşma baş verib. Bunun nəticəsində 370 qiyamçı məhv edilib.
Hökumət qüvvələri arasında itkilərin sayı 15 nəfərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm