Yuri Uşakov: "ABŞ hakimiyyəti düşünmədən ikitərəfli münasibətlərimizi darmadağın edir"
Bizi izləyin

Dünya

Yuri Uşakov: "ABŞ hakimiyyəti düşünmədən ikitərəfli münasibətlərimizi darmadağın edir"

“ABŞ hakimiyyəti beynəlxalq sabitlik üçün nəticələrini düşünmədən ikitərəfli münasibətlərimizi darmadağın etməyə davam edir”.

Publika.az bildirir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-ın San-Fransisko şəhərindəki Rusiya Baş Konsulluğunun və Vaşinqton, Nyu York şəhərlərindəki Rusiya diplomatik obyektlərinin bağlanmasını şərh edərkən deyib. Bu barədə RBK məlumat yayıb.

“Bütün bunlar reyder üsulu ilə qəsb şəklində edilib, bu səbəblə artıq bu gündən San-Fransiskodakı konsulluq fəaliyyətini dayandırır”, deyə Y. Uşakov söyləyib. O qeyd edib ki, diplomatlara cəmi 1,5 gün vaxt verilib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti avqustun 31-də San-Fransisko şəhərindəki Rusiya Baş Konsulluğunun, eləcə də Vaşinqton və Nyu York şəhərlərindəki Rusiyaya məxsus 2 diplomatik obyektin fəaliyyətinin dayandırıldığını açıqlayıb. Ağ Evdən bildirilib ki, qərarı şəxsən prezident Donald Tramp qəbul edib. Səbəb Rusiya tərəfindən bu ölkədəki ABŞ diplomatik personalının sayının azaldılması barədə verilmiş qərardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm