KXDR ballistik raket üçün hidrogen bombası yaratdı
Bizi izləyin

Dünya

KXDR ballistik raket üçün hidrogen bombası yaratdı

KXDR lideri Kim Çen In hazırlığa şəxsən baxıb.

Koreya Xalq Demokratik Respublikası (KXDR) qitələrarası ballistik raket üçün döyüş başlığı kimi qurulmuş hidrogen bombasının yaradıldığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə "Renxap" KXDR-in agentliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, KXDR lideri Kim Çen In hazırlığa şəxsən baxıb. Şimali Koreya agentliyi iddia edir ki, Koreya Xalq Demokratik Respublikası ölkədə silahlanmanın inkişafında "əlamətdar addım" olan daha təkmil nüvə silahını hazırlamağı bacarıb.

Həmçinin Koreya Xalq Demokratik Respublikasında əlavə ediblər ki, yeni silahı fəaliyyətdə daha böyük hündürlüyə çıxarmaq olar.

Daha əvvəl bildirilib ki, Cənubi Koreya ABŞ-ın nüvə silahının yerləşdirilməsinə imtina edib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm