Fransada güclü meşə yanğını
Bizi izləyin

Dünya

Fransada güclü meşə yanğını

Fransanın cənub-şərqindəki Var departamentində güclü meşə yanğını başlayıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğının söndürülməsinə 5 yanğınsöndürmə briqadası göndərilib, hazırda yanğın zonasında yerləşən “Paskalinett” kempinqinin evakuasiyası həyata keçirilir. Kempinqdə olan qonaqların sayı açıqlanmır.

100 hektar ərazini əhatə etmiş yanğının sahəsi güclü külək səbəbindən getdikcə daha da genişlənir. Yanğının söndürülməsinə hazırda 200 nəfər cəlb edilib, əlavə qüvvələrin göndərildiyi qeyd olunur. Gecə vaxtı olduğundan yanğınsöndürən helikopter və təyyarələrin cəlb edilməsi mümkünsüzdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm