Ukrayna müxalifəti alternativ Ali Rada elan etdi
Bizi izləyin

Dünya

Ukrayna müxalifəti alternativ Ali Rada elan etdi

Ukraynanın müxalifət partiyaları, o cümlədən “Barkivşina”, UDAR, “Svoboda” partiyaları, həmçinin parlamentin fraksiyalardan kənar deputatları Ukraynanın Xalq Radasını elan ediblər.

Ukraynanın müxalifət partiyaları, o cümlədən “Barkivşina”, UDAR, “Svoboda” partiyaları, həmçinin parlamentin fraksiyalardan kənar deputatları Ukraynanın Xalq Radasını elan ediblər.

Bu barədə Liga.net nəşri Ukrayna Ali Radasının (parlament) deputatı Andrey Pışnıyın facebook-dakı səhifəsində paylaşdığı xəbərə istinadən məlumat yayıb.

“Ukraynanın Xalq Radası öz təsis iclasına başladı. İndicə Xalq Radasının bəyannaməsi qəbul edildi. Yekdilliklə” – yazıb deputat.

Qeyd edək ki, az öncə müxalifət Regionlar və Kommunist partiyalarının ölkədə demokratiya və parlamentarizmi gözdən saldığı və məhv elədiyini bəyan eləmişdi. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm