Ukraynada döyüşlər “terrorizm mərkəzi”ndən kənara çıxır
Bizi izləyin

Dünya

Ukraynada döyüşlər “terrorizm mərkəzi”ndən kənara çıxır

Ukraynada döyüşlər “terrorizm mərkəzi”ndən kənara çıxır

Donetsk və Luqansk vilayətlərində separatçılara qarşı aparılan əməliyyatlarda 8 Ukrayna hərbçisi həlak olub.

Publika.az -ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspert 18 ukraynalı hərbçinin yaralandığını bildirib. D.Tımçuk əsas döyüşlərin Rubejnoqo və Volnovaxi rayonlarında getdiyini qeyd edib. O, həmçinin adıçəkilən yaşayış məntqələrinin “terrorizm mərkəzi” hesab olunan Slavyansk və Kramatorsk şəhərlərindən xeyli uzaq olduğunu yazıb.

Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri terrorçuluğa qarşı mübarizə zonasında kifayət qədər hərbi güc və texnikanın cəmləndiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm