• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rusiya ordusu Ukrayna sərhədində fəallaşıb

  • Dünya
  • 22 May 2014 13:56
  • 487 Baxış
Rusiya ordusu Ukrayna sərhədində fəallaşıb

ABŞ Ukrayna Rusiya sərhədində Rusiya ordusunun fəallığını müşahidə edir.

Publika.az - ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin sözçüsü Cey Karni bildirib.

“Biz Ukrayna Rusiya sərhədində Rusiya ordusunun fəallığını müşahidə edirik. Amma bu fəallığın Rusiya ordusunun sərhəddən geri çəkilməsi ilə bağlı olduğunu demək hələ tezdir. Əgər fəallıq Rusiya rəhbərliyinin söylədiyi kimi hərbi qruplaşmaların geri çəkilməsi ilə bağlıdırsa, bu hərəkəti təqdir edirik”, Ağ Evin sözçüsü deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd ərazilərində təlimlərdə iştirak etmiş hərbi qruplaşmaların daimi dislokasiya yerlərinə qaytarılması barədə əmr verib. Vaşinqton isə əmrin yerinə yetiriləcəyinə şübhə ilə yanaşır.

NATO-dan da açıqlama verilib ki, Rusiya hərbi qruplaşmalarının geri çəkilməsini göstərən heç bir fakt yoxdur.

V.Putin verdiyi əmrin Ukraynada 25 may tarixində keçiriləcək prezident seçkisi ilə əlaqədar olduğunu bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR