Dünya
Şimali Koreya növbəti ballistik raketi İŞƏ SALACAQ - GÖZLƏR BMT-nin iclasında
Şimali Koreya növbəti ballistik raketi işə salacaq.
Publika.az xəbər verir ki, rəsmi Pxenyandan verilən məlumata görə, KXDR yenidən qitələrarası ballistik raketlərin sınaqlarını keçirə bilər.
Bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: "KXDR əvvəlki kimi ballistik raketlərin işə salınmasının mümkün əlamətlərini gözləyir. Biz təkmilləşdirilmiş qitələrarası ballistik raketlərin sınaq mərhələlərini keçirtməyi planlaşdırırıq".
"Renxap" agentliyinin məlumatına görə, Cənubi Koreya və Birləşmiş Ştatlar Koreya Respublikası ərazisində təyyarədaşıyan və strateji bombardmançıların yerləşdirilməsi haqqında məsləhətləşmələr keçirir.
Xatırladaq, bir gün əvvəl, sentyabrın 3-də Şimali Koreya qitələrarası ballistik raket üçün döyüş başlığı kimi tətbiq ediləcək hidrogen yüklü raketlərin uğurlu sınağının keçirildiyi haqqında bəyanat verib. Cənubi Koreya və ABŞ isə BMT-dən bununla bağlı reaksiyasını gözləyir. BMT-nin təhlükəsizlik şurasının faktla bağlı iclasının bugün keçiriləcəyi gözlənilir.
Könül Cəfərli
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı