Sevdiyi qadını ona vermədikləri üçün öldürdü, özü isə intihar etdi - - FOTO
Bizi izləyin

Dünya

Sevdiyi qadını ona vermədikləri üçün öldürdü, özü isə intihar etdi - - FOTO

Sevdiyi qadını ona vermədikləri üçün qadını öldürdü, anasını yaraladı, özü isə intihar etdi.

Publika.az xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Samsun bölgəsində qeydə alınıb. 47 yaşlı İsmət Kır bir neçə ay öncə boşanan Əminə Günayı ailəsində istəyib. Rədd cavabı alan adam qəzəblənib və belindəki tapançayla birinci Əminəni, daha sonra anası Narın Ulduzu vurub.

Onları qanlar içərisində görən İsmət Kır özünü də vuraraq intihar edib. Silah səsinə gələn qonşular

hadisə yerinə təcili tibbi yardım və polis briqadası çağırıb.

Xəstəxanadan verilən məlumata görə, həkimlər hadisə yerinə çatanda İsmət Kır və sevdiyi qadın ölmüş olub. Yaralı olan Narın Ulduz isə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı istintaq başladılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm