Dünya
Putin jurnalisti PƏRT ETDİ: “Tramp mənim gəlinim deyil”
“Məyusluq yoxdur, sizin sualınız çox sadəlövh səslənir. Tramp (ABŞ prezidenti Donald Tramp -red.) mənim, yaxud mən onun gəlini deyiləm. Biz dövlət fəaliyyətilə məşğul oluruq”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinin Syamen şəhərində BRİKS sammitinin nəticəsinə görə keçirilən mətbuat konfransında bildirib.
“Hər ölkənin öz maraqları var. Tramp öz fəaliyyətində öz ölkəsinin milli maraqlarını, mən isə Rusiyanın maraqlarını rəhbər tuturam”, - Putin əlavə edib.
Qeyd edək ki, Rusiya prezidenti BMT Baş Assambleyasının sentyabrın 13-də Nyu-Yorkda başlayacaq sessiyasına qatılmayacaq. Onun bu qərarının Putində məyusluq yaratdığı bildirilir.
Rusiyanın dövlət başçısı ABŞ prezidentinin mümkün impiçmenti barədə suala cavab olaraq bildirib ki, bu ölkənin daxili işidir və onun başqaları tərəfindən müzakirəsi tamamilə səhvdir.
Ömər
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO