ABŞ yeni fəlakətlə qarşı-qarşıya: Bu dəfə “İrma” gəlir
Bizi izləyin

Dünya

ABŞ yeni fəlakətlə qarşı-qarşıya: Bu dəfə “İrma” gəlir

ABŞ-ın Milli Qasırğa Mərkəzi Atlantik Okeanı səthindən yeni qasırğanın gələcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, həftə sonu baş verəcək qasırğanın sürətinin 175 km-ə çatacağı və Florida ştatı daxil olmaqla, bütün Meksika körfəzinə güclü təsir edəcəyi gözlənilir.

Beləliklə, Meksika Körfəzi sahillərində yaşayanlar “Harvey” qasırğasının şokundan ayılmadan “İrma” qasırğasına məruz qalacaqlar.

Qasırğa Mərkəzinin çağırışından sonra əhali alış-veriş mərkəzlərinə axışıb və ərzaq ehtiyatı topıayıb.

“İrma” qasırğası “Harvey”dən daha təhlükəli və dağıdıcı gücə malikdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm