Trampa pələng dərisindən çuxa veriblərmiş: NÖVBƏTİ HƏDİYYƏ GƏRGİNLİYİ
Bizi izləyin

Dünya

Trampa pələng dərisindən çuxa veriblərmiş: NÖVBƏTİ HƏDİYYƏ GƏRGİNLİYİ

Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ prezidenti Donald Trampa 83-ə yaxın müxtəlif qiymətli hədiyyə verilmişdi. Ağ Ev mətbuata hədiyyələrin siyahısını dərc etməyi qadağan etsə də, ötən gün "Daily Mail" qəzeti tam siyahını dərc edib.

Publika.az xəbər verir ki, Amerika Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan siyahıdakı hədiyyələr arasında gümüş xəncər, tapança və mərmilər olub. Diqqəti çəkən isə pələng və leopard dərisindən hazılanan çuxalar olub.

Tramp seçki kampaniyası zamanı rəqibi Hillari Klintonun Səudiyyə Ərəbistandan ianə qəbul etməsini tənqid etmiş, onları "qadın qatilləri" adlandırmışdı.

O, həmçinin Səudiyyə Ərəbistanının insan haqları reyestrini də tənqid atəşinə tutmuşdur. Amma elə ilk səfərini də bu ölkəyə etmişdi. Səfər zamanı ABŞ ilə Səudiyyə Ərəbistanı arasında 110 milyard dollarlıq silah müqaviləsi imzalandı.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm