Fransa Əsədlə bağlı mövqeyini açıqladı
Bizi izləyin

Dünya

Fransa Əsədlə bağlı mövqeyini açıqladı

Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən gedişi ölkədə keçid prosesinin başlanğıcı üçün şərt olmamalıdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Fransanın Xarici İşlər Nazirliyinin başçısı xarici işlər naziri Jan-İv Le Drian rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

“Fransa Əsədin siyasi prosesin icra edilməsi üçün qəbuledilməz ilkin şərt olduğunu hesab etmir. Amma hazırda belə siyasi prosesi yaratmaq lazımdır. Bu, bizə Suriya xalqı ilə konsultasiyaların keçirilməsi üçün çərçivələri müəyyən etməyə imkan verəcək. Buna görə də istəyərdik ki, yaxın vaxtlarda keçid prosesinin təşkili üçün BMT Təhlükəsizlik Şurasının beşliyi məşğul olsun”, -Fransanın Xarici İşlər Nazirliyinin başçısı bildirib.

O, Suriyanın ərazi bütövlüyünün saxlanılmasının vacib olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm