"İrma" bu ölkəyə yaxınlaşır - 700 min insan təxliyyə edildi
Bizi izləyin

Dünya

"İrma" bu ölkəyə yaxınlaşır - 700 min insan təxliyyə edildi

Kubada azı 700 min yerli sakin "İrma" qasırğasının üz verə biləcəyi şərq rayonlarından təxliyyə edilib.

Publika.az xəbər verir ki, bu barədə cümə günü Kuba mətbuatı yazıb.

KİV-in məlumatına görə, insanlar qohumlarının evlərinə, 45 təxliyyə mərkəzinə və 39 xüsusi sığınacağa köçürülür.

Hazırda adanın şərqində yerləşən bəzi sahilyanı rayonları su altında qoyan leysan yağışları yağır. Yağışlar güclü külək ilə müşayiət olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm