Rusiya üçün SSRİ-nin taleyi: yeni zərbə DALĞASI GƏLİR
Bizi izləyin

Dünya

Rusiya üçün SSRİ-nin taleyi: yeni zərbə DALĞASI GƏLİR

ABŞ SSRİ-yə qarşı tətbiq etdiyi sanksiyaları qaytarır.

Publika.az inforesist.org saytına istinadən xəbər verir ki, bu haqda rusiyalı biznesmen Yevgeni Plation yazıb.

ABŞ hakimiyyəti Rusiyanın Ukraynaya təcavüzünə görə Amerika sanksiyalarının altında düşən şirkətlər və təşkilatların siyahısını genişləndirir. Bu barədə ABŞ Ticarət Nazirliyinin müvafiq bölməsinin xəbərdarlığında deyilir.

Sanksiyaların altına düşən şirkətlərin Birləşmiş Ştatlardan yüksək texnologiyalı məhsulların ixrac etməsinə məhdudiyyətlər qoyulur. Onların əksəriyyəti sentyabrın 1-dən ABŞ Maliyyə Nazirliyinin siyahısına salınıb. Ancaq idarənin sənədində yada salınan 11 şirkətin adı Maliyyə Nazirliyi tərəfindən daha əvvəl çəkilməmişdi.

Bu siyahıda “Anqstrem M”, “Anqstrem”, “Anqstrem-T”, “Radioeksport”, Perm elmi-istehsalat cihazqayırma şirkəti, “Mikron”, “Mikran” Səhmdar Cəmiyyəti, “Qranat” qeyri-dövlət təşkilatı və “Texnopol” şirkəti var.

Siyahıya həmçinin hüquqi ünvanları Hindistan və Honkonq göstərilən “Giovan Ltd” və “Technopole Ltd” şirkətlərinin adı daxil edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm