“Keçmiş sovet respublikası” adından imtina ETDİLƏR
Bizi izləyin

Dünya

“Keçmiş sovet respublikası” adından imtina ETDİLƏR

Latviya, Litva və Estoniyanın Fransadakı səfirləri bu ölkənin “Le Monde” qəzetinin baş redaktoru Lyuk Bronnerə onların dövlətlərini “keçmiş sovet respublikası” adlandırmaması xahişi ilə məktub göndəriblər.

Publika.az xəbər verir ki, bu haqda Latviyanın “Sputnik” agentliyi yazıb.

Rusiyanın “hibrid təhlükə”si ilə Finlandiyanın mübarizəsi haqqında məqalə məktubun yazılmasının səbəbi olub. Məqalədə Baltikyanı ölkələr “keçmiş sovet respublikası” adlanırdı.

Diplomatlar məktubda qeyd ediblər ki, onların ölkələri 1940-cı ildə SSRİ-nin tərkibinə könüllü daxil olmayıblar və hərbi anneksiyaya məruz qalıblar.

Bildirilib ki, əksər ölkələr, o cümlədən Fransa Baltikyanı dövlətlərin anneksiyasını tanımayıb.

“SSRİ-nin süqutundan sonra biz öz müstəqilliyimizi bərpa etmişik”, - məktubda deyilir.

“Le Monde” qəzeti məktubu hələ şərh etməyib..

Qeyd edək ki, hər üç ölkə 1940-cı ildən 1991-ci ilə qədər SSRİ tərəfindən işğal edildiyini hesab edir və sovet işğalına görə Rusiya hakimiyyətindən kompensasiya tələb edir. Moskva isə, öz növbəsində bildirir ki, Baltikyanı ölkələrinin işğalından söhbət gedə bilməz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm