Nazirdən gözlənilməz istefa açıqlaması - VİDEO
Bizi izləyin

Dünya

Nazirdən gözlənilməz istefa açıqlaması - VİDEO

Enerji və təbii sərvətlər naziri Taner Yıldız jurnalistlərin “istefa edəcəksinizmi?” sualına cavab verib.

Publika.az xəbər verir ki, Somada baş verən mədən faciəsindən sonra jurnalistlər enerji və təbii sərvətlər naziri Tanər Yıldızın yaxasını buraxmır. Bu dəfə də nazirə bu barədə sual verilib. Nazir isə “elə işin asanına qaçırsınız” deyərək sualdan yayınıb.

Bununla yanaşı, Türkiyənin enerji və təbii sərvətlər naziri son məlumatları açıqlayıb. Taner Yıldız Soma faciəsində ölənlərin sayının 301 nəfərə olduğunu deyib.

Taner Yıldız qeyd edib ki, hazırkı vəziyyətə görə, 301 nəfər dünyasını dəyişib. O bildirib ki, 485 nəfər mədənçi isə xilas edilib.

Qeyd edək ki, mayın 13-də yerli vaxtla saat 15:45-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş vermişdi.

Hadisə zamanı mədəndə 700-dən artıq fəhlə olub və onlardan 301 nəfərin dünyasını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm