“Moskvanın mövqeyi aydındır, çünki Azərbaycanı da…” – Rus ekspert
Bizi izləyin

Dünya

“Moskvanın mövqeyi aydındır, çünki Azərbaycanı da…” – Rus ekspert

“Moskvanın mövqeyi aydındır, çünki Azərbaycanı da…” – Rus ekspert

“Rusiya bu gün Ermənistanı Qarabağla birlikdə Gömrük Şurasına daxil edə bilmir. Çünki Rusiya Azərbaycanı da Gömrük Şurasına cəlb etməyi planlaşdırır”.

Publika.az - ın verdiyi xəbərə görə, bu sözləri Rusiya Dövlət Dumasının keçmiş deputatı, Rusiya Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-politoloq Sergey Markov erməni mətbuatına müsahibəsində deyib.

Qeyd edək ki, Ermənistan Gömrük Şurasına üzv olacağı barədə qərarı ötən ilin sentyabrında versə də, son vaxtlar proses ləngiyir. Prosesin ləngiməsi isə onunla bağlıdır ki, Ermənistan Dağlıq Qarabağın da onunla birlikdə Gömrük Şurasına daxil edilməsini istəyir. İrəvan quruma üzvlükdən sonra Ermənistan “Dağlıq Qarabağ Respublikası” sərhədlərində gömrük məntəqələrinin qurulmasının yanlış ola biləcəyini bildirir.

Gömrük Şurasında isə bunun əksini fikirləşirlər. Xüsusilə, Belorus və Qazaxıstan Gömrük Şurasının sərhədlərinin aydınlaşdırılmasını vacib hesab edir. Bu iki ölkənin rəsmiləri ilə yanaşı, Rusiya nümayəndələri də Dağlıq Qarabağın Gömrük Şurasına üzvlüyünün mümkün olmayacağını bildirir.

S.Markov hesab edir ki, Ermənistanın Qarabağla birlikdə Gömrük Şurasına üzvlüyü Qarabağın tanınması demək olardı. “Hesab edirəm ki, Rusiyanın bu məsələdə mövqeyi aydındır. Yalnız Ermənistan Gömrük Şurasına daxil olacaq”, politoloq ifadə edib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Gömrük Şurasına üzvlük prosesinə başlamaqda bir qədər tələsib. Rusiyalı ekspert Ermənistanın rəhbərliyinin hələ birmənalı qərar qəbul etmədiyini deyib: “Ermənistanın rəhbərliyi tərəfindən səsləndirilən bəyanatları nəzərə alaraq deyə bilərəm ki, Ermənistanın Gömrük Şurasına üzvlüyü uzunmüddətli, hətta sonsuz proses ola bilər.

Ermənistan regionda yaranmış vəziyyəti izləyir. Rusiya regionun lider ölkəsidir. Gömrük Şurası və Avrasiya İttifaqının məhv edilməsi məqsədi ilə region ABŞ və Avropanın hücumlarına məruz qalır. Fikrimcə, Ermənistan rəhbərliyi bu mübarizədə məhz kimin qalib gələcəyini hələ bilmir və ona görə də prosesi müvəqqəti dondurmağa, Gömrük Şurasına üzvlük məsələsində tələsməməyə qərar verib. Yəni Ermənistan rəhbərliyi hesablayır ki, ABŞ və Avropa Birliyi bu layihələri məhv edə bilər. Yəni Ermənistan pauza götürüb”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm