Dünya
Saakaşvili Timoşenko ilə “Metropoliten”də görüşdü
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili ilə Ukraynanın sabiq baş naziri, “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko arasında Polşanın Jeşuv şəhərində görüş keçirilib.
Teleqraf.com Ukrayna KİV-inə istinadla xəbər verir ki, görüşün dünən axşam saatlarında “Metropoliten” mehmanxanasında baş tutduğu bildirilir.
Xatırladaq ki, sentyabrın 8-də Yuliya Timoşenko Mixail
Saakaşvilinin Ukraynaya qayıtmasına kömək etmək üçün sentyabrın
10-da Polşaya gedəcəyini açıqlamışdı. Xanım siyasətçi Ukrayna
Prezidenti Pyotr Poroşenkonu Saakaşviliyə qarşı siyasi
repressiyaların çirkli metodlarından istifadədə ittiham edir.
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri
Mixail Saakaşvili sentyabrın 10-da Polşadan Ukraynaya qayıdacağını
əvvəlcədən bəyan edib. Bu ilin iyulunda o, Poroşenkonun fərmanı ilə
Ukrayna vətəndaşlığından məhrum edilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!