Dünya
Rusiya yeni hərbi texnikasını Suriyada sınaqdan keçirdi
Rusiya tankları dəstəkləyən "Terminator" döyüş maşınını (TDDM) Suriyada döyüş şəraitində uğurla sınaqdan keçirib.
Bunu Rusiyada keçirilən "Uraltank" festivalı çərçivəsində mətbuat konfransında "Ural maşınqayırma konstruktor bürosu" ASC-nin baş direktoru və baş konstruktoru Andrey Terlikov deyib.
"TDDM Suriyada döyüş şəraitində sınaqdan keçirib, o bu ölkəyə
paradlarda nümayiş etdirilməsi üçün yox, İŞİD-ə qarşı döyüşlərdə
iştirak etmək üçün göndərilib" , deyə A.Terlikov deyib.
Onun sözlərinə görə, sınaqlar zamanı müəyyən nəticələr əldə edilib:
"Müdafiə Nazirliyi üçün faydalı məlumatlarımız var".
Şirkət rəhbəri Müdafiə Nazirliyi ilə imzalanan müqavilə Rusiya
ordusundakı T-72 və T-90 tanklarının T-72 BZ və T-90 M
səviyyəsinədək təkmilləşdirilməsini nəzərdə tutur.
"Terminator" döyüş maşınının Suriyaya "ezamiyyəti" haqqında ilk
dəfə iyunda bildirilmişdi. O zaman Rusiya SQ Baş Qərargah rəisi
Valeri Gerasimov "Xmeymim" aviabazasında tankları dəstəkləyən
"Terminator" döyüş maşınını Suriya prezidenti Bəşər Əsədə nümayiş
etdirmişdi.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO