• USD 1,7000 0,00% EUR 1,9906 +0,01%
    • GBP 2,2728 +0,01% RUB 0,0276 -0,36%

Putinin köməkçisi ilə.. - Poroşenkoya qarşı öldürücü DƏLİLLƏR

  • Dünya
  • 11 Sentyabr 2017 16:39
  • 670 Baxış
Putinin köməkçisi ilə.. - Poroşenkoya qarşı öldürücü DƏLİLLƏR

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynaya qayıtması ölkənin siyasi gündəmini zəbt edib. Bəzi ekspertlərin fikrincə, ABŞ prezidenti Petro Poroşenkonu yola salmağa hazırlaşır. Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Valentin Nalivayçenkonun bu yaxınlarda verdiyi açıqlama da bunu deməyə əsas verir.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, Təhlükəsizlik Xidmətinin sabiq sədri “NewsOne” telekanalında açıqlamasında Kiyevdəki hazırkı hakimiyyət üçün başağrısı olacaq bəzi məqamları açıqlayıb.

Valentin Nalivayçenko deyib ki, onun komandası 2014-cü ilin yazında Ukraynada seçkiqabağı prezident kampaniyası zamanı Poroşenkonun seçki qərargahı ilə Rusiya prezidenti Vladamir Putinin köməkçisi Vladislav Surkovun əlaqələri haqqında informasiyanı Donald Trampa çatdırıb.

“Hələ yanvar ayından prezident Donald Trampın administrasiyası ilə işləyirik. Biz Trampın komandasına Rusiya təcavüzünün sübutları və Ukraynada seçkiqabağı kampaniyası zamanı Poroşenkonun seçki qərargahının Surkovla əlaqələri haqqında informasiyanı Tramp administrasiyasına verdik. Bu informasiyaları indi məxfilikdən çıxarmaq olar”, - o qeyd edib.

Nalivayçenko bu danışıqlarda Ukrayna tərəfdən məhz kimin iştirak etdiyini açıqlamaqdan imtina edib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>