Diplomatlar Everesti Rusiyanın tərkibinə daxil etdilər - - FOTO
Bizi izləyin

Dünya

Diplomatlar Everesti Rusiyanın tərkibinə daxil etdilər - - FOTO

40 dəqiqə sonra tviti siliblər.

Rusiyanın Böyük Britaniyadakı səfirliyi Everest zirvəsini Rusiyanın tərkibinə daxil edib.

Publika.az xəbər verir ki, diplomatik missiyanın əməkdaşı səfirliyin rəsmi Tvitter hesabında Yer kürəsinin ən yüksək zirvəsinin şəklini yerləşdirib və altından “Everest dağı, Rusiya” yazıb.

Şəkil və onun altından yazılan qeyd Tvitter istifadəçilərinin reaksiyası ilə qarşılaşıb. Onlar səfirliyin işçilərinə xəritəni açmağı və Everest zirvəsinin Rusiyadan nə qədər uzaqda yerləşdiyinə baxmağı məsləhət görüblər.

Ancaq diplomatik missiyanın iştirakçıları cavab verməyiblər və 40 dəqiqə sonra tviti siliblər.

Qeyd edək ki, Himalay sıra dağlarıında yerləşən Everest Yer kürəsinin ən yüksək nöqtəsidir. Hündürlüyü 8850 metrdir. Çin-Nepal sərhəddində yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm