• USD 1,7000 0,00% EUR 1,9978 -0,46%
    • GBP 2,2839 -0,56% RUB 0,0273 0,00%

Ukraynada Poroşenkonun impiçmenti üçün imzalar toplanır

  • Dünya
  • 12 Sentyabr 2017 21:48
  • 933 Baxış
Ukraynada Poroşenkonun impiçmenti üçün imzalar toplanır

Ukraynanın regionlarında ölkə prezidenti Petro Poroşenkonun impiçmenti üçün imzatoplama kampaniyası başlayır.

Publika.az “Qordon.ua” nəşrinə istinadən xəbər verir ki, belə təşəbbüslə “Həyat üçün” Partiyası çıxış edib.

“İmzaların toplanması üçün bütün ölkə üzrə gəzəcəyik. Biz bu instituta (prezident institutu - red.) qarşıyıq. Çünki prezident kreslosuna əyləşən hər kəs ağlını itirir. Ola bilər ki, onların hamısı ölkəmizi qurmaq üçün işıqlı arzularla gəlirlər, amma sonradan adi oğru olurlar”, - partiyanın sədri Yevgeni Murayev bildirib.

Onun sözlərinə görə, ölkədə yeni seçkilərin keçirilməsi üçün də deputatlar arasında imzaların toplanılmasına başlanılıb.

Qeyd edək ki, Poroşenkonun impiçmenti haqqında danışıqlar Ukraynada çoxdan gedir. Radikal Partiyasının sədri Oleq Lyaşko hələ 2015-ci ilin sentyabrında Poroşenkonu korrupsiyada ittiham edib və onun impiçmentini tələb edib. O, bir il sonra impiçment layihəsini Ali Radada həmkarlarına təqdim edib.

2016-cı ilin noyabrında “Batkivşina” Partiyanın lideri Yuliya Timoşenko bildirib ki, Poroşenko artıq beş impiçment qazanıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>