"İŞİD vəsaitlərini Avropa ölkələrinə köçürür"
Bizi izləyin

Dünya

"İŞİD vəsaitlərini Avropa ölkələrinə köçürür"

Məğlubiyyətə uğradığını güman edən İŞİD terror qruplaşması nəzarət etdiyi ərazilərdən maliyyə vəsaitlərini Avropa ölkələri də daxil olmaqla, başqa ölkələrə köçürməyə başlayıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in yeni çağırış və təhlükələr departamentinin direktor müavini Dmitri Feoktistov bildirib.

Onun sözlərinə görə, silahlıların nəzarətində olan ərazilərdən maliyyə vəsaitlərinin geriyə axını ilk dəfədir ki, qeydə alınır.

“Aydındır ki, İŞİD bu vəsaitləri terror aktlarının və xaricdəki özəklərinin maliyyələşdirilməsinə yönəldəcək”, - deyə Dmitri Feoktistov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm