Müsəlman qadın Sinqapurun prezidenti oldu - İLK DƏFƏ - - FOTO
Bizi izləyin

Dünya

Müsəlman qadın Sinqapurun prezidenti oldu - İLK DƏFƏ - - FOTO

Sinqapurda ilk dəfə ölkədəki Malay etnik azlığından gələn, eyni zamanda müsəlman olan qadın prezident seçilib.

Publika.az xəbər verir ki, Həlimə Yaqub adlı 63 yaşlı namizəd rəqibləri namizədlik kriteriyalarına düzgün riayət etmədiyi üçün seçki aparılmadan, birbaşa prezident elan edilib.

H.Yaqub daha öncə 20 il ərzində parlamentin spikeri vəzifəsində çalışıb. O, iqtidarın “Xalq hərəkatı” partiyasına üzvdür.

Onun səsvermə aparılmadan seçilməsi ölkədəki bəzi qüvvələrin narazılığına səbəb olub. Yeni prezident vəzifəyə başlayan kimi bəzi vətəndaşlar sosial şəbəkədə “NotMyPresident” (Mənim prezidentim deyil) haştağı ilə reaksiyalarını paylaşıb.

Yeni prezident isə bütün bu reaksiyalara çıxışı ilə cavab verib. O, “mən hamının prezidentiyəm. Seçki keçirilməsə də, sizə xidmət edəcəyimə söz verirəm”-, deyə çıxış edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm