“Allahu Əkbər” qışqıraraq küçədəki insanlara bıçaqla hücum etdi
Bizi izləyin

Dünya

“Allahu Əkbər” qışqıraraq küçədəki insanlara bıçaqla hücum etdi

Təşvişə düşən sakinlər dərhal polisə xəbər verib.

Fransanın Tuluza şəhərində naməlum şəxs “Allahu Əkbər” qışqıraraq küçədən keçən insanlara bıçaqla hücum edib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfərin xəsarət aldığı bildirilir. Zərəçəkənlər ayaq və qollarından xəsarət alıblar.

“Biz dayanıb sohbət edirdik. Birdən o, bizim üstümüzə sıçradı. Əvvəlcə oğlumu vurdu, sonra da qızımı”, - deyə hadisə şahidlərindən biri bildirib.

Təşvişə düşən sakinlər dərhal polisə xəbər verib. Hadisə yerinə gələn asayiş keşikçilərindən üçü də cinayətkarın hücumuna məruz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm