Saakaşvili Kiyevə gedəcəyi tarixi açıqladı
Bizi izləyin

Dünya

Saakaşvili Kiyevə gedəcəyi tarixi açıqladı

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili sentyabrın 19-da Kiyevə gedəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə M.Saakaşvili Çernovtsı şəhərində çıxış edərkən bildirib.

“Mən daha bir neçə şəhərə səfər edəcəm. Sentyabrın 19-da Kiyevdə olmaq niyyətindəyəm. Həmin gün həm də Kiyevin qoruyucusu Arxangel Mixailin günüdür. Kiyev təcili xilas edilməlidir”, deyə M.Saakaşvili vurğulayıb.

Qeyd edək ki, bazar günü Mixail Saakaşvili Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb. Sentyabrın 10-da M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm